Avstraliyada avtobus qəzası: 10 nəfər ölübbackend

Avstraliyada avtobus qəzası: 10 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Yeni Cənubi Uels əyalətində avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, toya qayıdanları daşıyan avtobus Yeni Cənubi Uels əyalətində dairəvi yolda qəzaya uğrayıb.

İlk təsbitlərə görə qəzada 10 nəfərin həyatını itirdiyi, 11 nəfərin isə yaralandığı bildirilib.

Yaralıların ətraf xəstəxanalara aparıldığı qeyd edilib, ölənlərin sayının artmasından narahat olduqları bildirilib.

39 sərnişini olan avtobusun sürücüsünün də yaralandığını qeyd edən rəsmi şəxslər qəza ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.

Sözügedən qəza Avstraliyada uzun illər ərzində ən ölümcül qəza kimi qeydə alınıb.