Avstraliyada hüquq firmasına edilən kiberhücumdan 40-dan çox dövlət qurumu zərər çəkib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Rusiyalı “AlphV” haker qrupu Avstraliyada fəaliyyət göstərən “HWL Ebsworth” kommersiya hüquq firmasının məlumat bazasına kiberhücum edib.
Avstraliya hökuməti ilə milyonlarla dollarlıq sövdələşmələri olan şirkətə hücum həssas məlumatlara malik ən azı 40 dövlət qurumuna təsir edib.
Bu qurumlara Daxili İşlər Nazirliyi, Avstraliya Vergi İdarəsi, Müdafiə Nazirliyi və Avstraliya Federal Polisi daxildir.
İddialara görə, “AlphV” qrupu iyunun 8-də “qaranlıq internet”də orta hesabla 1,4 terabaytlıq həssas məlumat yerləşdirib.
Hökumət hücumun mümkün təsirləri və nəticələrinin HWL Ebsworth ilə araşdırıldığını söyləyib.
Avstraliya Baş Prokurorluğu da mövzu ilə bağlı işçi qrupu yaradır və hücumun ölçülərini araşdırır.