Avstraliyada kiberhücum zamanı həssas ictimai məlumatlar ifşa edilibbackend

Avstraliyada kiberhücum zamanı həssas ictimai məlumatlar ifşa edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada bəzi ştatlar hökumətin həssas məlumatlarının Rusiyanın ALPHV/Blackcat haker qrupu tərəfindən oğurlandığını və internetdə dərc edildiyini təsdiqləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avstraliyanın Viktoriya əyalətinin informasiya təhlükəsizliyi üzrə məsul işçisi Devid Kallen verdiyi açıqlamada ALPHV/Blackcat haker qrupunun kommersiya hüquq firmasının məlumat bazasına kiberhücumdan sonra əldə etdiyi məlumatları “qaranlıq internet”də dərc etdiyini təsdiqləyib.

Cullen, açıqlanan məlumatların dövlət qurumlarına aid həssas məlumatları da ehtiva etdiyini söyləyib.

Məsələyə çox ciddi yanaşdıqlarını dilə gətirən Kallen, hadisə ilə bağlı Britaniya Birliyi ilə də əməkdaşlıq etdiklərini vurğulayıb.

“Hadisədən zərər çəkənlərə ən qısa zamanda məlumat veriləcək”

Kallen qeyd edib ki, hökumətin informasiya texnologiyaları sistemlərində birbaşa pozuntu yoxdur və onlar başqa hansı məlumatların dərc edildiyini araşdırırlar.

Viktoriya əyalət hökuməti də səlahiyyətlilərlə ortaq işlədiklərini və təsirlənən insanları ən qısa zamanda məlumatlandıracaqlarını açıqlayıb.

Kvinslend əyalətinin sözçüsü verdiyi açıqlamada, əyalətin daxili işlər nazirliyinin hücum nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün məlumatların açıqlanmasından təsirlənən müvafiq hüquq firması və ictimai qurumlarla işləməyə davam etdiyini söyləyib.

Hücum 40 dövlət qurumunu əhatə edib

Aprel ayında haker qrupunun kiberhücumunda ən azı 40 dövlət qurumu, o cümlədən Daxili İşlər Departamenti, Avstraliya Vergilər İdarəsi, Müdafiə Nazirliyi və Avstraliya Federal Polisi zərər çəkib.

İyunun 8-də “qaranlıq internet”də orta hesabla 1,4 terabaytlıq həssas məlumatın dərc edildiyi iddia edilib.