Avstraliyanın Ukraynaya göndərdiyi hərbi yardımın Polşaya çatdığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yardımı daşıyan yük təyyarəsinin dünən gecə Polşaya eniş etdiyi bildirilib.
“Bushmaster” tipli zirehli transportyor Ukraynaya göndərilib.
Digər tərəfdən, ABŞ və Ukraynanın Avstraliyanın daha əvvəl təqaüdə çıxardığı “F/A-18 Hornet” tipli döyüş təyyarələrinin Ukraynaya göndərilməsini müzakirə etdiyi iddia edilib.
Vurğulanıb ki, Avstraliya təyyarələri göndərsə, Ukrayna ABŞ-a onlarla Rusiya hava məkanını pozmayacaqlarına dair zəmanət verib.
Avstraliyanın bu təyyarələrin satışını səbirsizliklə gözlədiyi və ABŞ-ın təsdiqini gözlədiyi bildirilir.
Avstraliya indiyədək Ukraynaya 665 milyon dollarlıq hərbi yardım edib.