Avstriyanın Tirol əyaləti yaxınlığında qatarda baş verən yanğında 33 nəfər tüstüdən zərər çəkib, 151 sərnişin təxliyə edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ötən gecə Avstriyadan Hollandiyaya nəqliyyat vasitələri və sərnişinləri daşıyan qatarda yanğının baş verdiyini bildiriblər.
Səlahiyyətlilər İnsbruk şəhəri yaxınlığındakı dəmir yolu tunelində baş verən yanğında 33 nəfərin tüstüdən zərər çəkdiyi, qatarda olan 151 sərnişinin təxliyə edildiyi barədə məlumat qeyd edilib.
Avstriya Dəmir Yolları tərəfindən verilən açıqlamada, qatarın İnsbruk stansiyasına gətirildiyi və yanğının iki mərtəbəli vaqonların üst qatında olan avtomobilin naməlum səbəbdən alov alması ilə başladığı bildirilib.
Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.