Avstriya Respublikasının kansleri Karl Nehammer Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşacaq səfər 9-10 oktyabr tarixlərini əhatə edir.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Avstriya arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək və əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur.