Avtomobili ilə Vatikana zorla girən şəxs saxlanılıbbackend

Avtomobili ilə Vatikana zorla girən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katolik kilsəsinin inzibati mərkəzi olan Vatikan Dövlətinə avtomobillə daxil olan şəxs İsveçrə mühafizəçiləri tərəfindən çətinliklə dayandırılaraq nəzarətə götürülüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vatikan Mətbuat Ofisindən verilən yazılı açıqlamada dünən axşam saat 20 radələrində 40 yaşlı kişinin Sant’Anna qapısından şəhər-dövlətə zorla girdiyi bildirilib.

Bildirilib ki, Vatikana daxil olmaq üçün lazımi icazələri olmayan şəxs qapıdan döndərib, daha sonra o, avtomobilini manevr edərək sürəti artıraraq qapıya daxil olub.

Bildirilib ki, Vatikan və Papanın müdafiəsi ilə məşğul olan İsveçrə qvardiyaçıları yüksək sürətlə Sant’Anna qapısının baryerlərini aşaraq və eyni anda avtomobili dayandırmaq üçün avtomobilin ön təkərlərinə atəş açıblar.

Papanın gün ərzində bəzi qəbullarını etdiyi San Damasonun həyətində saxlanılan avtomobildən düşən 40 yaşlı şübhəlinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındığı bildirilib.

Açıqlamada şübhəlinin hadisə zamanı bəzi psixoloji tarazlıqlar göstərdiyi, ona görə də Vatikan Dövlət Sağlamlıq Birliyinin həkimləri tərəfindən bir sıra müayinələrdən keçirildiyi, daha sonra kameraya salındığı vurğulanıb.

İtaliya mətbuatında psixi cəhətdən qeyri-sabit olduğu bildirilən bu şəxsin axşam saatlarında etdiyi hərəkətlə Vatikanın təhlükəsizliyi baxımından gərgin və qorxulu anlar yaşadığı bildirilib.