Axtarışda olan gürcüstanlı kriminal avtoritet Türkiyədə saxlanıldıbackend

Axtarışda olan gürcüstanlı kriminal avtoritet Türkiyədə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə polis gürcü cinayət təşkilatının üzvü Quram Çixladzeni saxlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, İstanbul Polis İdarəsinin cinayət bölməsi xüsusi əməliyyat zamanı şübhəlinin yaşayış yerini müəyyən edərək onu tutub.

Türkiyə mətbuatının yazdığına görə, Canıyevin cinayət təşkilatının liderlərindən olan Çixladze Moskvada qətl və digər cinayətlərə görə İnterpolun qırmızı dairəsində axtarışa verilib.