Ayaq barmaqlarını dişləyərək ərini komadan çıxaran qadının İNANILMAZ HEKAYƏSİbackend

Ayaq barmaqlarını dişləyərək ərini komadan çıxaran qadının İNANILMAZ HEKAYƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində fədakar qadın qeyri-adi üsulla ərini komadan çıxarıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çinin Henan əyalətinin sakini Sun Mey bir neçə il vegetativ vəziyyətdə qalan həyat yoldaşı Çjao Sintsyanın qismən sağalmasına kömək edib.

Həkimlərin məsləhəti ilə sinir sistemini stimullaşdırmaq üçün qadının istifadə etdiyi qeyri-adi üsullardan biri yoldaşının ayaq barmaqlarını dişləmək olub.

Məlumata görə, Çjao 2019-cu ildə damda köməksiz qalan 3 yaşlı uşağı xilas edərkən 6 metr hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Uşaq xəsarət almasa da, həkimlər Çjaonun ayılma ehtimalını olduqca aşağı qiymətləndiriblər.

Həyat yoldaşı isə işdən çıxaraq 24 saat ona qulluq edib, masaj edib və təsadüfən ayaq barmağını dişlədikdən sonra ilk reaksiya alan qadın illərlə bu üsulla onun sinirlərini stimullaşdırıb.

Nəticədə Çjao ayılaraq xarici qıcıqlara reaksiya verməyə başlayıb.

Həyat yoldaşına uzun illərdən sonra ilk dəfə “Səni sevirəm” deyən Çjaonun bu sevgisi Çin sosial şəbəkələrində böyük əks-səda doğurub.

İzləyicilər uşağı xilas edən Çjaonu əsl qəhrəman, həyat yoldaşı Sunu isə fədakarlığına görə rəşadətli qadın adlandırıblar.

Xuraman Etibarlı

İnterpress.аz