AZAL Bakıdan Ammana birbaşa reys açırbackend

AZAL Bakıdan Ammana birbaşa reys açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İordaniyanın paytaxtı Ammana birbaşa reys açır.

İnterpress.az xəbər verir ki, Bakı-Amman istiqamətində birinci reys mayın 10-da həyata keçiriləcək, Ammandan Bakıya qayıdış isə mayın 17-də nəzərdə tutulub. Deməli reyslər hər həftənin çərşənbə axşamı günləri həyata keçiriləcək.

Biletlərin ilkin satış qiyməti may ayı üçün 665 manat, iyun ayı üçün 869 manat, iyul ayı üçün isə 1 187 manatdır.

Xatırladaq ki, birbaşa aviareysin açılması məsələsi bu il aprelin 4-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə keçirdiyi görüşdə müzakirə olunub.