Azər Ayxanın rəhbəri olduğu sayt fəaliyyətə başladı – FOTObackend

Azər Ayxanın rəhbəri olduğu sayt fəaliyyətə başladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əməkdar jurnalist Azər Ayxanın baş redaktor olduğu yeni sayt bu gündən fəaliyyətə başlayır.
İnterpress.az bakupost-a istinadən xəbər verir ki, yeni sayt Globalinfo.az adlanır.
Sayt avqust ayından test rejimində işə başlayıb, sentyabr ayından onlayn yayımdadır. Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 8 gündür sayt özəl xəbərlərlə, müsahibələrlə, açıqlamalarla və təhlil məqalələrlə oxucuların xidmətindədir.
Azər Ayxan saytımıza bildirib ki, Globalinfo.az Azərbaycan və dünya gündəminin əsas xəbərlərini, o cümlədən, təhlil və araşdırma materiallarını, eksklüziv müsahibə və reportajları oxuculara operativ və yüksək keyfiyyətlə təqdim edəcək.
Sayt müasir medianın şərtlərinə, qanunvericiliyin tələblərinə riayət edən media resursu kimi fəaliyyət göstərəcək.
Globalinfo.az-da bir çox tanınmış imzaların da köşə yazılarına, müəllif məqalələrinə yer veriləcək.
Qeyd edək ki, Azər Ayxan 1991-ci ilin noyabrından mətbuatdadır. O, 30 ildən çox “Yeni Müsavat” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ilin yanvarından 2022-ci ilin iyul ayına kimi qəzetin baş redaktoru olub. Bu il iyulun 6-da tutduğu vəzifədən istefa verib.