Azərbaycan çempionatında 20 illik rekord təkrarlanıbbackend

Azərbaycan çempionatında 20 illik rekord təkrarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan I Liqasında 20 illik rekord təkrarlanıb.

“İnterpress.az” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Şamaxı” II turda öz meydanında “Araz Saatlı”nı 8:0 hesabı ilə məğlub edərək bunu reallaşdırıb.

Bu, klubun tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı qələbə rekordunun təkrarıdır. Əsası 1997-ci ildə qoyulan, tarixi ərzində “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan indiki “Şamaxı” bunadək bir dəfə 8 top fərqi ilə qalib gəlib.

2003/2004 mövsümündə “Xəzər Universiteti” Bakıda “Kəpəz”i eyni hesabla məğlubiyyətə uğradıb. 2003-cü il iyulun 5-də qeydə alınan nəticə 20 il 2 ay 16 gün, yəni 7383 gündən sonra təkrarlanıb.

Şamaxı şəhər stadionundakı nəticə həm də I liqada son 7 mövsümün ən böyük hesabıdır. 2016/2017 mövsümündən sonra belə fərq ilk dəfə qeydə alınıb.

2016-cı il noyabrın 24-də “Səbail”lə “Bakılı” arasında gerçəkləşən matçda indiki kimi, 8 top fərqi qeydə alınıb – 11:3. Sonuncu dəfə daha böyükhesablı qələbə isə həmin qarşılaşmadan 16 gün əvvələ təsadüf edib. “Zaqatala” öz meydanında “Energetik”i 10:0 hesabı ilə üstələyib.