Azərbaycan əsilli “Ağ canavar” rəsmən peşəkar boksda – FOTObackend

Azərbaycan əsilli “Ağ canavar” rəsmən peşəkar boksda – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada yaşayan Azərbaycan əsilli boksçu Murad Əliyev mübarizəsini peşəkar boksda davam etdirəcək., 26 yaşlı idmançı bildirib ki, Tokio Yay Olimpiya Oyunlarından sonra ona qarşı edilən haqsızlıq idmançının peşəkar boksa keçidini sürətləndirib.

Murad artıq peşəkar müqaviləsinə imza atıb. Onun promouterləri Fransada yaşayan türk Ahmet Önər və azərbaycanlı Anar Axundzadədir. İdmançının ilk peşəkar boks döyüşünün nə vaxt olacağı daha sonra bilinəcək.

Qeyd edək ki, “Ağ canavar” ləqəbli Murad Əliyev Fransaya Rusiyadan köçmüş azərbaycanlı ailənin övladıdır.