Azərbaycan HDQ komandanı Türkiyə və ABŞ-dan olan həmkarları ilə görüşüb, əməkdaşlığı müzakirə edibbackend

Azərbaycan HDQ komandanı Türkiyə və ABŞ-dan olan həmkarları ilə görüşüb, əməkdaşlığı müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.

Bu barədə “interpress.az”a Müdafiə Nazirliyindən məlumat verilib.

Simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyənin HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və ABŞ-ın HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.

Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.