Azərbaycan millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıbbackend

Azərbaycan millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk oyununda iştirak etməyəcəklər.

Federasiyanın Mətbuat Xidmətindən İnterpress.az-a verilən məlumata görə, hər iki oyunçudan götürülmüş PCR testi də pozitiv çıxıb.

Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.

Qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativ olub.

Qeyd edək ki, Gürcüstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Hər iki oyunçunun ilk testləri yanvarın 21-də müsbət nəticələnib.