Azərbaycan neft hasilatını artırırbackend

Azərbaycan neft hasilatını artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OPEC+ nazirlərinin növbəti görüşü başa çatıb.

İnterpress.az xəbər verir ki, Alyans ölkələri iyun ayında ümumi hasilat səviyyəsini sutkada 432 min barel artırmaq barədə razılığa gəliblər.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, razılaşmada iyun ayı üzrə ölkəmizdə gündəlik neft hasilatının daha 7 min barel artırılaraq 695 min barrelə çatdırılması nəzərdə tutulub.

Həmçinin, görüş zamanı OPEC+ nazirləri geosiyasi amillərin və pandemiyanın neft bazarına davam edən təsirlərinə də diqqət çəkiblər.

OPEC+ nazirlərinin növbəti görüşü iyunun 2-də baş tutacaq.