Azərbaycan pomidoru ilk dəfə Qətər supermarketlərində – VİDEObackend

Azərbaycan pomidoru ilk dəfə Qətər supermarketlərində – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Qətərdəki Səfirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “IM-EX Trading” şirkəti Azərbaycan məhsullarını Qətərə ixrac etməyə başlayıb.

Bu gündən etibarən Şəmkir istehsalı olan Azərbaycan pomidorları Qətərin əsas supermarket şəbəkələrində satışa çıxarılıb.

, dövlətlərarası ticarət əlaqələrinin güclənməsində önəm daşıyan bu layihə çərçivəsində yaxın zamanda meyvə-tərəvəz ixracı ilə yanaşı Azərbaycan istehsalı quru qidaların da Qətər supermarketlərində satışının reallaşması planlaşdırılır:

“Biz “IM-EX Trading” şirkəti olaraq Qətərdə çox ciddi çalışmalar aparırıq. Artıq şirkətimizin Qətərdə çalışan əməkdaşları iş başındadır. Qətərdəki bütün supermarketlərdə işlərə başlamışıq. Supermarketlərdəki məhsulları araşdırdıq. Azərbaycanda istehsal edilən bütün məhsullarla bağlı işlər tam gücü ilə davam edir. Araşdırmalar nəticəsində nümunələr hazırlanır və bunlar da hazırda Qətərə çatdırılır. Məqsədimiz Azərbaycan istehsalı olan bütün məhsulların supermarket rəflərində öz yerini almasıdır. Biz ən böyük supermarketlərin sahibləri ilə üç aya yaxın görüşmələr apardıq. Yaxın zamanda orada “showroom” da olacaq. Beləliklə, biz Azərbaycanda istehsal edilən bütün məhsulların Qətərdəki supermarketlərdə satışa çıxarılmasını təmin edəcəyik. Xüsusilə də kənd təsərrüfatı məhsulları bizim üçün önəmli sahədir. Hazırda ölkədə 20-ə yazın əməkdaşımız kənd təsərrüfatı sahəsində çalışan fermerlərlər və istehsalçılarla görüşür. Pomidor bizim ilk məhsulumuzdur. Növbəti dövrdə digər məhsulların da ixracı üçün işlər aparırıq. Yaxın zamanda meyvə-tərəvəz olmaqla bütün məhsulların ən yaxşı şəkildə Qətərə ixracını həyata keçirəcəyik”.

Bu gün dünyanın hər yerindən Qətərə məhsul ixrac edildiyini qeyd edən sahibkar Azərbaycan məhsullarının keyfiyyətinin yüksək səviyyədə olduğunu vurğulayıb:

“Qətərdə market rəflərində bir çox ölkənin bayrağı altında satılan məhsulları görürük. Qısa zaman sonra böyük həcmdə Azərbaycan markalı məhsullarını da burada görə biləcəyimizə ümid edirik. Dünən göndərdiyimiz ilk pomidorla yüklənmiş TIR-ımız Qətərə çatdı və məhsul market rəflərinə yerləşdirildi. Biz buna davam edəcəyik. Azərbaycan ilə Qətər arasında böyük həcmdə məhsul dövriyyəsi gözləyirik.

Prezident İlham Əliyevin tapşırığına əsasən Qətər Səfirliyi, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin çox ciddi dəstəyini gördük. Biz istəyirik ki, “IM-EX Trading” olaraq Qətərdə daha böyük işlər görək. Bilirik ki, Azərbaycanın gələcəyi ixracatdadır. Qeyri-neft sahəsində edəcəyimiz bütün ixracat layihələri bizim üçün vacibdir. Biz bütün supermaketlərdə və bazarda məhsullarımızı layiq olduğu yerdə ən yaxşı qiymətlərlə sərgiləyəcəyik. Biz keyfiyyətli məhsul ilə “Made in Azerbaijan”ı orada markalaşdıracağıq”.

Turan Özbahçecinin sözlərinə görə, uzun müddətdir ki, Azərbaycan ətinin ixracı ilə bağlı da işlər aparılır:

“Azərbaycan ətinin dadı, keyfiyyəti, ləzzəti mükəmməldir. Hazırda bizim ətin ixracı ilə bağlı da layihəmiz var. Yaxında biz bütün Azərbaycanda istehsal edilən ətin Qətərə ixracını təşkil edəcəyik. Orada həm ət kəsimi məntəqələrində, həm də bütün restoranlarda və hotellərdə Azərbaycan ətinin istehlak edilməsi üçün işlər görürük”.