Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edibbackend

Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Medalı fevralın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Ş.Alpaya təqdim edib.

Qeyd edək ki, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay Bakıda səfərdədir. O, Z.Həsənovla görüşüb.