Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağla bağlı iclasında iştirak edəcək.
“İnterpress.az” xəbər verir ki, bu barədə o, Rusiya KİV-ə açıqlamasında bildirib.
C.Bayramov qeyd edib ki, Bakı hələ BMT Baş Assambleyası çərçivəsində İrəvanla danışıqları planlaşdırmır.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası sentyabrın 21-də baş tutacaq.