“Azərbaycanda bərpaolunan enerji sahəsində ikili diplomlu ixtisasın yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparılır”.
İnterpress.az xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli Təhsilin İnkişafı Forumu çərçivəsində keçirilən “Universitet – Sənaye Tərəfdaşlığı” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji ilə bağlı təhsil imkanları yoxdur: “Əgər enerji sənayesinin sabahı neft və qaz mühəndisliyi ilə bərabər bərpaolunan enerji sahəsində fəaliyyət olacaqsa, biz indidən bu istiqamətdə kadrlar hazırlamalıyıq”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir.