Azərbaycanda daha 3 361 nəfər koronavirusa yoluxub, 14 nəfər ölübbackend

Azərbaycanda daha 3 361 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterpess.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib. 14 663 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, bu günə qədər isə ümumilikdə 6 107 416 test icra olunub.