Azərbaycanda dəhşətli qəza: Sürücü iki gözətçini vurdu – ANBAAN VİDEObackend

Azərbaycanda dəhşətli qəza: Sürücü iki gözətçini vurdu – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində dəhşətli hadisə baş verib., yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub.

Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə sentyabrın 13-dən 14-nə keçən gecə baş verib:

“Şəhər sakini Telman Həsənov idarə etdiyi VAZ-21723 markalı avtomobillə Gəncə şəhəri, Ətdarlar küçəsində hərəkətdə olan zaman idarəetməni itirib. O, avtomobili yeni inşa edilən “Kolxoz” bazarının dəmir hasarlarına vurduqdan sonra nəqliyyat vasitəsi həmin bazarın gözətçilər üçün nəzərdə tutulmuş otağına çırpılıb.

Nəticədə gözətçi işləyən 2000-ci il təvəllüdlü Əli Əsgərov və 1996-cı il təvəllüdlü Rəşad Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər”.

O qeyd edib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat İdarəsində araşdırma aparılır.