Azərbaycanda ilk dəfə olaraq Cəlilabadda “Çiyələk Festivalı” keçiriləcəkbackend

Azərbaycanda ilk dəfə olaraq Cəlilabadda “Çiyələk Festivalı” keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ilk dəfə olaraq Cəlilabad rayon İcra Hakimiyyəti, “Azəri Home Chef” komandası, turizmin və milli mətbəxin inkişafına dəstək verən “Turizm və Milli mətbəxin inkişafına dəstək” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Çiyələk Festivalı” keçiriləcək.

İnterpress.az xəbər verir ki, festival may ayının 29-da Cəlilabad rayonu Heydər Əliyev adına Seyrangahında baş tutacaqdır.

Tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun ən yaxşı restoranları ilə tanışlıq, milli mətbəxə dair yeməklərin dadımı, əyləncə proqramı, Vətən müharibəsi veteranları ilə görüş, aşpazlardan ustad dərsləri və “Çiyələk Möcüzəsi” adlı kulinariya müsabiqəsi keçiriləcəkdir.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında dünyanın ən dadlı və məşhur giləmeyvəsinə həsr olunmuş tədbirin keçirildiyi ikinci ölkədir. Çiyələyin ən böyük plantasiyaları Cəlilabad rayonunda yerləşir.

Yığılmış çiyələyin yarıdan çoxu ixrac edilir. Onlar altı növ çiyələk yetişdirirlər – “Murano”, “Monterey”, “Albion”, “Sanandres”, “Sabrina” və “Clery”. Çiyələk festivalını hər il may ayının son həftəsonu keçirilməsi planlaşdırılır.