Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliyini irəli sürübbackend

Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliyini irəli sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliklə bağlı müraciət edib.

İnterpress.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, imza vərəqələrinin və başqa sənədlərin yoxlanılması asan deyil:

“İndiyədək 86 nəfər 48 dairə üzrə müraciət edib. İmza toplamaq əziyyət tələb edir. Ona görə də bu məsələyə diqqətlə yanaşılmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.