Azərbaycanda kişi arvadını uşaqlarının gözü qarşısında qətlə yetirdi – YENİLƏNİBbackend

Azərbaycanda kişi arvadını uşaqlarının gözü qarşısında qətlə yetirdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 6-da saat 15:00 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

16:56

Bərdə rayonunda kişi arvadını öldürüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.

Belə ki, Tural Mustafayev ailə-məişət zəminində arvadı Təranə Mustafayevanı ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

Hadisə baş verən zaman cütlüyün övladları da orada olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.