Azərbaycanda koronavirusa yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİbackend

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Müharibə və koronavirus pandemiyası Azərbaycanın səhiyyə sisteminə yük yaradıb”.

Məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, tibb işçiləri arasında COVID-19-a yoluxma və ölüm qeydə alınır:

“Onların təhlükəsizliyi və COVID-19-dan qorunması çox vacibdir”.

“Azərbaycanda koronavirusa yoluxma hər kəsi narahat edir. Bununla da bəzi xəstəxanalar COVID-19 üçün ayrılıb. Əksər bölgələrdə avadanlıq və testlər kifayət qədərdir.

Bəzi bölgələrdə laboratoriyaya tələblərin artması səbəbindən diaqnostik test nəticələri daha gec əldə edilir”, – deyə o vurğulayıb.

 

İnterpress.az