Azərbaycanda mülki pilotsuz uçuş aparatlarının layihələndirilməsinə və istehsalına dair tələblərin müəyyən edilməsi nəzərdə tutulur.
İnterpress.az xəbər verir ki, bu, “Aviasiya haqqında” yeni qanunun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin tələblər aşağıdakılardır:
– pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısının, havada və yerdə olan pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı olmayan şəxslərin, o cümlədən mülkiyyətin təhlükəsizliyini təmin etməli;
– istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli;
– istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə, təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;
– onların mühərrikləri, pərləri, hissələri, quraşdırılmamış avadanlığı və məsafədən idarə edilməsi üçün avadanlığının bütün istismar şəraitlərində saz işləməsi, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;
– pilotsuz uçuş aparatını məsafədən idarə etmək üçün nəzərdə tutulmuş avadanlıqları ilə uçuş əməliyyatlarını asanlaşdırmalı, habelə ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların idarə edilməsini mümkün etməli.