Azərbaycanda peyvənd olunanların sayı 10 milyona çatırbackend

Azərbaycanda peyvənd olunanların sayı 10 milyona çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 041 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 746 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 406 811 təşkil edir.