Azərbaycanda virusa yoluxanların sayı kəskin azaldıbackend

Azərbaycanda virusa yoluxanların sayı kəskin azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 521 nəfər müalicə olunaraq sağalıb, 7 983 nəfər vəfat edib, aktiv xəstə sayı 23 469 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 385, ötən müddət ərzində isə ümumilikdə 5 608 158 test aparılıb.