Azərbaycandan külli miqdarda dollar çıxarılmasının qarşısı alındı – FOTObackend

Azərbaycandan külli miqdarda dollar çıxarılmasının qarşısı alındı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici valyutanın qanunsuz ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, “Qırmızı Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9000 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda olan əl çantasının içərisindən isə gömrük nəzarətindən gizlədilən 12 200 dollar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.