Azərbaycanla Ermənistan barışsa, bundan ən çox Türkiyə məmnun qalacaq“ – CHP-li deputatbackend

Azərbaycanla Ermənistan barışsa, bundan ən çox Türkiyə məmnun qalacaq“ – CHP-li deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla münasibətləri normallaşdırmaq üçün çağırış etməsi siyasi dairələrdə ciddi müzakirələrə səbəb oldu. Ermənistanın baş naziri Nikol Paşinyan əlaqələri normallaşdırmağa müsbət baxdıqlarını bəyan etməsi müzakirələrə rəng qatdı.

Maraqlıdır, Türkiyə-Ermənistan əməkdaşlığı baş tuta bilərmi? Türkiyənin siyasi dairələrində bu məsələyə münasibət necədir?

Türkiyənin ana müxailət partiyası olan CHP-nin üzvü, millət vəkili Atilla Sertel mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, ölkələr arasındakı problemlərə son qoymaq üçün bəzən diplomatiya, bəzən də müharibəyə ehtiyac olduğunu qeyd edib:

“Türkiyənin qonşu ölkələrlə yaxşı münasibətlər qurması, ölkəmizə olacaq hücumlar xaricində “Vətəndə sülh, cahanda sülh” deyən ulu öndərimiz Atatürkün yolunu davam etdirməsi doğrudur. Ermənistan Azərbaycan ərazisini işğal etdi və 30 il sonra bu işğala son qoyuldu. Ölkələr arasındakı problemlərə son qoymaq üçün bəzən diplomatiya, bəzən də müharibə lazımdır. Ermənistanın işğalı sona çatdı. Ermənistan bu vəziyyəti qəbul edib, sülh masasına oturduqdan sonra razılıq əldə olunacaq və heç bir problem qalmayacaq. Bu hadisədən ən çox Türkiyə məmnun olacaq”.

Deputat Ərdoğanın çağırışını və Ermənistanın cavabını müsbət hesab etdiyini bildirib. O, bu məsələylə bağlı bir qədər bədgüman olduğunu da gizlətməyib:

“Təəssüf ki, çox dəyişkən və bir günlük qərarların verildiyi xarici siyasətimizi idarə edənlərə inamım azdır. Arzu edirəm ki, problem həll edilsin və konsensus əldə olunsun”.