“Azərbaycanla sülh sazişi imzalanmamamlıdır“ – Qazaryanbackend

“Azərbaycanla sülh sazişi imzalanmamamlıdır“ – Qazaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 1 ildə Ermənistan Azərbaycana çox şeyi uduzdu, bizim üçün sülh sazişini imzalamamaq çox vacibdir”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu politoloq Artur Qazaryan bildirib.

Onun sözlərinə görə, indi Ermənistanın milli maraqlarına xələl gətirən bəzi şeylər zorla həyata keçirilir:

“Bu vəziyyətdə iki vəzifəmiz var. Birincisi, ölkə daxilində müqavimət formalaşdırılmalıdır. İndi müxalifət, deyəsən, belə bir hərəkata başlamağa çalışır. Xalq küçəyə çıxmalı, vahid yumruq olmalıdır. Bu, milli məsələdir və burada nə müxalifətdən, nə də hakimiyyətdən söhbət getmir”.

Artur Qazaryanın fikrincə, ikinci addımı erməni diasporu atmalıdır:

“Diaspora Ermənistan üçün əlverişsiz şərtlərlə sülh sazişinin bağlanmasına qarşı olduğunu bəyan etməli, müxtəlif tədbirlər təşkil etməlidir. Erməni diplomatiyası da xalq dəstəyini hiss edərək öz işini görəcək. Amma diplomatiya bu günə qədər heç bir iş görməyən hakimiyyətin əlindədir. Milli müqavimət Ermənistanda və diasporda başlamalıdır”.