Azərbaycanlı həkimdən bu pasientlərə xəbərdarlıq: gənclər üçün vacib xəbər – VİDEObackend

Azərbaycanlı həkimdən bu pasientlərə xəbərdarlıq: gənclər üçün vacib xəbər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşı 30-45 arası olan pasientlərin arterial təzyiqin yüksəlməsi zamanı diqqət etməli olduqları məqamlar açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətinin üzvü, həkim-kardioloq Emil Hasilov arterial hipertenziya ilə bağlı danışarkən məlumat verib.

O, bu pasientlərə ilkin olaraq, sağlam həyat tərzi önərib. Onlara duzlu qidalardan uzaq durmağı, çəki və piylənmə problemləri olduğu halda onları aradan qaldırmağı, zərərli vərdişləri tərgitməyi, yuxu rejimini normallaşdırmağı və fiziki aktivliyi artırmağı tövsiyə edib.

E.Hasilovun sözlərinə görə, bunlar arterial təzyiqin ilk vaxtlarda enməsinə səbəb olur və dərmana olan ehtiyacı tamamilə aradan qaldırır.

Kardioloq həmçinin gənc və orta yaşlı pasientlərə müraciət edərək bildirib ki, təzyiqləri yüksələn zaman bunun səbəbini özlərində axtarsınlar: “Yəni səbəb sizin həyat tərzinizdə olan hər hansı bir yanlışınızdır. Bu yanlışı düzəltməklə siz arterial təzyiqin gələcəkdəki fəsadlarından, ömür boyu qəbul etməyə məcbur olacağınız dərmanlardan qurtula bilərsiniz”.

Arterial təzyiqinizi ölçün və sağlam həyat tərzinə keçərək hipertenziyadan uzaq olun!