Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı – FOTObackend

Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın məğlubedilməz MMA üzrə qadın döyüşçüsü Gözəl Zutova ABŞ təşkilatı ilə müqavilə bağlayıb.

İnterpress.az-ın xəbərinə görə, milliyyətcə avar olan idmançımız Kaliforniya ştatında yerləşən “Praydlənd Menecment” təşkilatı ilə müqavilə bağlayıb.

Onun kiminlə və nə vaxt döyüşəcəyi daha sonra bilinəcək.

Qeyd edək ki, Gözəl Zutova sabiq güləşçi və cüdoçudur. O, qadın güləş millimizin tərkibində Bakıda keçirilmiş I Avropa Oyunlarında iştirak edib. Güləş üzrə Dünya Qran Prisinin qalibi olub, cüdo və güləşdə 12 dəfə Azərbaycan çempionu adını qazanıb.

O, yeddi dəfə peşəkar MMA yarışında iştirak edib və bütün görüşlərdə qələbə qazanıb. Gözəl Zutova sonuncu görüşünü yanvarın 19-da Bakıda Yusif döyüş çempionatı-7 (YFC) çərçivəsində keçirib. O, həmin gün özbəkistanlı Asena Rəcəbovanı ikinci raundda məğlub edib.

 

İnterpress.az