Nigeriyada yaşayan həmyerlimiz, əziz dostum Billurə Bayramova Bernard xaricdə yaşayan fransızların konsulu seçilib.
Büllurə Bayramova mayın 30-da baş tutan seçkidə “Fransa üçün birlikdə” siyahısına qoşularaq iştirak edib.
Səsvermə nəticəsində onun komandası 42.35 % səslə qalib gəlib.
Xatırladım ki, xaricdə yaşayan fransızların konsulu 2014-cü ildə Fransa dövləti tərəfindən qanuna daxil edilib: “Konsulluq xarici ölkələrdə yaşayan fransızları tanıyan, dəstəkləyən və təmsil edən yerli nümayəndələr missiyasına malikdir. 5 il müddətinə seçilir, konsulluq məclisində oturur və xaricdə yaşayan fransızların gündəlik həyatına xas olan məsələləri – məşğulluq, sağlamlıq, təhsil, səhiyyə, təhlükəsizliyini həll edirlər. Həmçinin xaricdə yaşayan fransızların məsləhətçiləri fransızların xaricdəki Fransız liseylərində təhsil almaq üçün tələb etdikləri təqaüdlər və fransız dili ilə əlaqəsi olan dərnəklərə verilən subsidiyalar barədə qərar verməlidirlər.
B. Bayramova Nigeriyada yaşadığı 8 il müddətində Azərbaycanı yüksək səviyyədə təmsil edib. O, eyni zamanda Fransanın ictimai-sosial həyatında fəallığı ilə seçilir. Uzun illərdir Laqosda fəaliyyət göstərən fransız təşkilatı “Lagos Accueil”in prezidenti, “Laqos Lui Pastor” fransız məktəbinin İdarə heyətinin üzvü olub.
O, həmçinin Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidentidir. Uzun illərdir Azərbaycan mədəniyyətini, musiqisini, mətbəxini yüksək səviyyədə təbliğ edir və böyük layihələrə imza atıb.