Azərbaycanlıların Ermənistana qayıtması məsələsi Bakı ilə danışıqların gündəmindədir.
İnterpress.az xəbər verir ki, bunu “Ermənistan” müxalifət fraksiyasının üzvü Artur Xaçatryan cümə günü parlamentdə keçirilən brifinqdə deyib. O bildirib ki, Azərbaycanlıların Ermənistana qaytarılması məsələsi Azərbaycanla danışıqların gündəmindədir,
“İnformasiya axınlarını təhlil edəndə belə bir qənaət formalaşır ki, bu məsələ gündəmdədir. İ.Əliyev hətta İrəvanın mərkəzində azərbaycanlıların yaşadığını və qayıtmalı olduqlarını bildirib. Aydındır ki, o, Kond rayonunu nəzərdə tutur”, – Xaçatryan qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az