“Salam” platforması GürcüstanınMarneuli bələdiyyəsinin beş kəndində əhalinin ehtiyaclarının müəyyənləşdirərək yerli özünüidarəetmə orqanının diqqətinə çatdırılıması istiqamətində fəaliyyətə başlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, layihə çərçivəsində Marneulinin 5 kəndində: Xancığazlı, Quşçu, Ulaşlı, Axlılələ və Bəylərdə əhalini narahat edən problemləri müəyyənləşdirilməsi və məsələ ilə bağlı imza toplanılaraq yerli özünüidarəetmə orqanına təqdim etməkdə vətəndaşlara köməklik göstərilib.
“Araşdırma, advokatlaşdırma və monitorinq yolu ilə qeyri-dominant qrupların ehtiyaclarının Bolnisi, Dmanisi və Marneulinin siyasi gündəminə gətirilməsi” adlı layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Milli Demokatiya İnstitutunun (NDI) maliyyə dəstəyi ilə keçirilir.
Təşkilatdan bildirilib ki, qarşıdakı günlərdə isə Bolnisi və Dmanisinin kəndlərində əhalinin ehtiyaclarının öyrənilməsinə start veriləcək.