“Azərişığ”ın tok vuran daha bir əməkdaşı vəfat etdi – FOTObackend

“Azərişığ”ın tok vuran daha bir əməkdaşı vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş rayonunda “Azərişığ”ın elektrik cərəyanı vurması nəticəsində xəstəxanaya yerləşdirilən əməkdaşı da ölüb.

Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan 1986-cı il təvəllüdlü Elşən Mustafayev müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dekabrın 16-da baş verib. Həmin vaxt “Azərişıq ASC”nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları – 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.

C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev isə xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.