“Azəristiliktəchizat”dən faha bir RƏZALƏTbackend

“Azəristiliktəchizat”dən faha bir RƏZALƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakinlər “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazıdırlar.

Bu barədə İnterpress.az-a sakinlər məlumat verib.

Sakinlər qurumun qaynar xəttinin işlək olmamasından şikayətçidirlər.

İstiliklə təmin olunmayan binaların sakinləri deyir ki, “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinə düşmək əsl müşkülə çevrilib. Sakinlər söyləyir ki, qaynar xəttə düşmək istəsələr də, bu mümkün deyil. Onların sözlərinə görə, qaynar xəttə zəng edən zaman dəstəyin o biri tərəfindən “bu nömrə təyin olunmayıb” səsi eşidilir.

Buna baxmayaraq, “Azəristiliktəchizat” ASC rəsmi məlumat yyaıb ki, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədi ilə “Azəristiliktəchizat” ASC-də “Çağrı mərkəzi” fəaliyyət göstərir.

Qeyd olunub ki, birbaşa olaraq 956 nömrəsini yığmaqla istilik təchizatı ilə bağlı bütün suallarınızı bizə ünvanlandıra bilərsiniz.

Qurumun saytında “Çağrı mərkəzi”nin bütün sutka ərzində fəaliyyət göstərdiyi iddia olunur.

Minayə Əlili
İnterpress.az