AzMİU əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcəkbackend

AzMİU əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı ayrılıb.

İnterpress.az xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ali təhsil müəssisəsinin bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək.