Azyaşlını xəstəxanaya aparan ambulans qəzaya düşdü: uşaq öldü, yaralılar varbackend

Azyaşlını xəstəxanaya aparan ambulans qəzaya düşdü: uşaq öldü, yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə azyaşlını xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə Diyarbakır-Bingöl-Batman yolunda qeydə alınıb.

Belə ki, Silvan Dövlət Xəstəxanasından Diyarbakıra köçürülən Cennet C. adlı 6 yaşlı xəstə uşaq qəzada ölüb.

Qəzada 4-ü səhiyyə işçisi olmaqla 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında dünyasını dəyişən uşağın qohumu Bilal C. da var.