Kuzbassda anasının bağlı avtomobildə tək qoyduğu 7 yaşlı uşaq istivurmadan komaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Kuzbass vilayətinin Taştaqol şəhərində dəhşətli valideyn məsuliyyətsizliyi uşağın komaya düşməsi ilə nəticələnib.
İstintaqın verdiyi məlumata görə, ana 7 yaşlı oğlunu bağlı və pəncərələri tam örtülü olan avtomobildə tək buraxaraq təxminən üç saatlığa uzaqlaşıb.
İsti hava şəraitində qapalı maşında havasız qalan azyaşlı ağır istivurma (termik zərbə) keçirərək huşunu itirib.
Hadisə yerinə gələn təcili yardım briqadası uşağı son dərəcə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirib.
Həkimlərin ciddi səylərinə baxmayaraq, hazırda komada olan uşağın vəziyyəti olduqca ağır qiymətləndirilir.
Məsuliyyətsiz ana barəsində dərhal “təhlükədə qoyma” maddəsi ilə rəsmi cinayət işi başlanıb.
Rusiya qanunvericiliyinə əsasən, qadını bu səhlənkarlığa görə bir ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Faktla bağlı hüquq-mühafizə orqanları və uşaq hüquqları üzrə müvəkkillik tərəfindən araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






