Krasnodarda bahalı maşınlarla kilsə həyətinə girən ermənilər saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiyanın Krasnodar şəhərində erməni gənclər sosial şəbəkələr üçün videoçarx çəkmək məqsədilə bahalı lüks avtomobillərlə Müqəddəs Aleksandr Nevski kilsəsinin ərazisinə daxil olublar.
İnanclı insanların hisslərini təhqir edən bu provokativ görüntülər qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılaraq böyük narazılığa səbəb olub.
İctimaiyyətin sərt reaksiyasından dərhal sonra hərəkətə keçən hüquq-mühafizə orqanları əməliyyat keçiriblər. İsti izlərlə qanun pozuntusunu törədən iki sürücü polis tərəfindən saxlanılıb.
Saxlanılan gənclər törətdikləri əmələ görə inanclı şəxslərdən və cəmiyyətdən video vasitəsilə üzr istəməyə məcbur ediliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.аz






