Bahar Muradova: “Mart soyqırımı hadisələrinə siyasi qiymət verilməlidir”backend

Bahar Muradova: “Mart soyqırımı hadisələrinə siyasi qiymət verilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın Dövlət Komitəsi ilə birgə təşkil etdiyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İnterpress.az xəbər verir ki, Atatürk Mərkəzində baş tutan tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Sahib Məmmədov, deputatlar Nizami Cəfərov, Nizami Səfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə soyqırım nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sahib Məmmədov tədbirin məqsədindən danışıb və son yüz il ərzində baş verən qətliamlar və soyqırımlar barədə məlumat verib.

O bildirib ki, baş verən hadisələr gələcək nəsillərə çatdırılması üçün hər zaman xatırlanmalıdır: “Həmçinin faktları, məlumatları beynəlxalq qurumlara çatdırmaq lazımdır. Hər il hesabatlar hazırlanmalı və həmin təşkilatlara göndərilməlidir”.

Dövlət Komitəsinin sədri Bahar Muradova isə vurğulayıb ki, tarixin müxtəlif mərhələlərində azərbaycanlılara və türklərə qarşı amansız qətllər, qətliamlar olub: “Bu hadisələr nəticəsində mülki insanlar ziyan çəkib. Baş verən cinayətlər cəzasız qalıb və cəzasızlıq nəticəsində bu hadisələr təkrarlanıb. Bu hadisələrə siyasi qiymət verilməlidir. Dövlət olaraq bu istiqamətdə addımlar atılır”.

Sonda Dövlət Komitəsi yanında İctimai Şurası və tədbir iştirakçıları adından bəyanat qəbul olunub.