Bakı Gənclər Mərkəzinin fəaliyyətinin 1 ili tamam oldu!backend

Bakı Gənclər Mərkəzinin fəaliyyətinin 1 ili tamam oldu!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, gənclər siyasətini uğurlu şəkildə həyata keçirən Bakı Gənclər Mərkəzinin fəaliyyətinin bir ili tamam olur. Bir illik fəaliyyəti müddətində Bakı Gənclər Mərkəzi gənclərin Vətənpərvər ruhda yetişməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, asudə vaxtlarının maraqlı və əyləncəli şəkildə dəyərləndirilməsi, intellektual bacarıqlarının inkişaf etdirilməsi, sağlamlıqlarının qorunması və digər istiqamətlərdə 200-dən çox layihə və tədbirləri ilə diqqət mərkəzində oldu.

Bir il ərzində Mərkəzin fəaliyyətində 5000-ə yaxın gənc iştirak edərək yeni bilik və bacarıqlar, yeni dostluqlar və əlaqələr qazanmışdır.

Bir illik fəaliyyəti dövründə Bakı Gənclər Mərkəzi tərəfindən gəncləri birliyə, həmrəyliyə, qələbələrə səsləyən “Gələcəyə bizimlə addımla” himni yazılmış, bir illik fəaliyyəti özündə əks etdirən “Biz Gəncliyin Mənbəyiyik” adlı jurnalının ilk buraxılışı işıq üzü görmüşdür.

Bütün dünyanı, eləcə də ölkəmizi əhatə edən kritik epidemioloji vəziyyətin hökm sürdüyü bir vaxtda faydalı və böyük layihə və tədbirlər həyata keçirən Bakı Gənclər Mərkəzinin fəaliyyəti ilə daha geniş formada Mərkəzin www.bakuyouthcenter.az rəsmi saytına daxil olaraq tanış ola bilərsiniz.
Bakı Gənclər Mərkəzinin fəaliyyətinin 365 gününə həsr olunmuş video-çarxı izləmək üçün link vasitəsilə keçid edə bilərsiniz:

 

 

İnterPRESS.az