Bakı-Quba-Rusiya ödənişli yolundan istifadə qaydaları məlum olubbackend

Bakı-Quba-Rusiya ödənişli yolundan istifadə qaydaları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yolda iki cür hərəkət zolağı var. Onlardan biri sürətli, digəri isə adi keçiddir.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

A.Nəcəflinin sözlərinə görə, adi zolaqlarda sürücü məntəqəyə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır.

O bildirib ki, əldə edilən kartlara müəyyən balans yerləşdirilir: “Adi keçiddən istifadə edən sürücü ödənişli yola girdiyi və çıxdığı vaxta qədər qət etdiyi məsafəyə uyğun olaraq ödəniş həmin balansdan çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş xüsusi çipli kartlar avtomobilin alın şüşəsinə yapışdırılır. Sürücü məntəqəyə yaxınlaşdıqda orada yerləşdirilən sistem avtomobili tanıyır və heç bir maneə olmadan sürücü gəldiyi sürətlə yoluna davam edə bilir”.

Qurum rəsmisi qeyd edib ki, bu yolun giriş-çıxış nöqtələri ilə yanaşı, iri yaşayış məntəqələrinə daxil olmaq və çıxmaq üçün də dörd məntəqə fəaliyyət göstərir: “Bunlar Giləzi, Siyəzən, Qəndob və Xaçmaz məntəqələridir. Giriş və çıxış hissələrində adi və sürətli keçidlər mövcuddur, hər ikisindən istifadə etmək mümkündür”.