Bakı sakininin bank hesabından pul oğurlandıbackend

Bakı sakininin bank hesabından pul oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakininin bank hesabından pul oğurlayan şəxs saxlanılıb. 

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə noyabrın 5-də paytaxt sakini Y.Hacıməmmədovanın bank hesabından 785 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Nağıyev müəyyən edilərək tutulub