Bakı-Xırdalan-Sumqayıt qatarı fəaliyyətini bərpa edirbackend

Bakı-Xırdalan-Sumqayıt qatarı fəaliyyətini bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarının fəaliyyətə başlayacağı tarix açıqlanıb.

İnterpress.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarı sərnişin daşımalarını bərpa edəcək.

Məlumatda əsasən, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub. Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.

 

İnterpress.az