Zelenski Yuri Spasskinin “Ukrayna Qəhrəmanı” adına layiq görülməsi barədə sərəncamı ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin 7 sentyabr tarixli 894/2026 nömrəli sərəncamında məlumat verilib.
Ukrayna Prezidenti Volodimir Zelenski 21 avqust 2026-cı il tarixli sərəncamla mayor Yuri Spasskiyə “Ukrayna Qəhrəmanı” fəxri adı və “Qızıl Ulduz” ordeninin verilməsi barədə qərarı ləğv edib.
Sərəncamın ləğv edilməsinin səbəbi sənəddə göstərilməyib.
Məlumata görə, Yuri Spasskinin adı Maydan hadisələri ilə bağlı işlərdə keçir.
O, əvvəllər Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev üzrə Baş İdarəsinin ictimai təhlükəsizlik idarəsində kütləvi tədbirlərin təminatı şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Xuraman Etibarlı
İnterpress.az






