Ermənistanda Ararat Vedi, Vanadzor isə Pambakla birləşdiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistan parlamenti icmaların birləşdirilməsi ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Sənədə əsasən, Ararat və Vedi, həmçinin Vanadzor və Pambak birləşdirilərək iki yeni iri icma yaradılacaq.
Səsvermə zamanı 61 deputat layihənin lehinə, 29 deputat isə əleyhinə səs verib.
Xuraman Etibarlı
İnterpress.az






